|
Verilmiş texnologiyanın istifadəsi zamanı ofisiantın
fəaliyyətinin ardıjıllığı aşağıdakı kimidir:
1. Günün əvvəlində, lazım olarsa gün ərzində menüdə olan
zəruri dəyişikliklər ötürüjü (Radio hab) vasitəsilə ofisiantın bloknotuna
düşür.
2. Ofisiant müştərinin sifarişini qəbul edir,
məlumatı ötürüjü (Radio hab) vasitəsilə informasiyanı dərhal ümumi sistemə
ötürən öz elektron bloknotuna köçürür. Bu zaman müvafiq sifariş haqqında məlumat
uyğun istehsal yerlərində (mətbəx, bar) quraşdırılmış servis-printerlər
vasitəsilə çap olunur.
3. İlkin çekin çapı və haqq-hesabın
ödənilməsi stasionar kassalarda həyata keçirilir. Hesab haqqında məlumat
ofisiantın daşınan terminalına düşür.
|